RU

Əsnəmək niyə yoluxucudur: Alimlər tədqiq etdi

“Əsnəmək, əsnəmək gətirir”, el arasında məşhur ifadədir. Həqiqətən də birisi əsnədikdə, yaxınındakı insan da əsnəməyə başlayır. Əsnək yoluxucudurmu? Elm adamları bunun səbəbini öyrənməyə çalışıb. 

“Sherg.az” “BBC türkcə”yə istinadən bildirir ki, Nottingem Universitetinin tədqiqatçıları kiminsə əsnədiyini gördüyümüz zaman beynimizdə nələrin baş verdiyini araşdırıblar. Mütəxəssislər bildirir ki, beynin motor funksiyaları ilə məşğul olan hissəsi bizim əsnəməyə əsnəməklə cavab verməklə məsuldur. Birincil motor korteksi Tourette sindromu kimi xəstəliklərdə də rol oynayır. Buna görə də ekspertlər deyirlər ki, yoluxucu əsnəməyi başa düşmək də bu xəstəlikləri anlamağa kömək edə bilər. Yoluxucu əsnəmə ekofenomeninin çox yayılmış növü, başqa bir insanın sözlərini və hərəkətlərini avtomatik təqlid etmək, Exofenomen Tourette sindromundan başqa epilepsiya və autizm kimi xəstəliklərdə də müşahidə olunur. Bu hadisə zamanı beyində nə baş verdiyini görmək üçün mütəxəssislər 36 könüllünün digərlərinin əsnəməsini seyr edərkən onların beyin fəaliyyətini izlədilər. 



“Current Biology” elmi jurnalında dərc edilən araşdırmada bəzi subyektlərə istədikləri zaman əsnəmələri, digərlərinə isə bu istəyə müqavimət göstərmələri deyilib. Məlum olub ki, əsnəmək istəyi hər bir insanın motor qabığının necə işləməsindən və onun nə qədər həyəcanlı olmasından asılıdır. Transkranial maqnit stimullaşdırılması (TMS) sistemi ilə subyektlərin motor korteksinin həyəcanlılığı və yoluxucu əsnəmə meyli artırıla bilər. Tədqiqat qrupunun bir hissəsi olan koqnitiv nöropsikologiya professoru Georgina Jackson, onların tapıntılarının daha geniş tətbiq oluna biləcəyini söyləyib: "Əgər Tourette sindromlu xəstələrdə həyəcanlılığı azalda bilsək, qeyri-iradi hərəkətləri də azalda bilərik, bunun üzərində işləyirik". Tədqiqatda da iştirak edən professor Stiven Cekson "Qortikal həyəcanlanmadakı dəyişikliklərin nevroloji xəstəliklərə necə səbəb olduğunu anlaya bilsək, onları potensial olaraq geri qaytara bilərik", söyləyib. Jackson həmçinin, "Biz dərmansız, fərdiləşdirilmiş müalicələr axtarırıq. TMS-dən istifadə beyin mexanizmlərindəki balanssızlıqların tənzimlənməsində təsirli ola bilər", deyib. Empatiya və əsnəmə arasındakı əlaqəyə dair başqa bir araşdırmada professor Andrew Gallup, yoluxucu əsnəməni araşdırarkən TMS-dən istifadənin "unikal yanaşma" olduğunu söyləyib. Gallup həmçinin qeyd edib ki, hələ də niyə əsnədiyimiz haqqında çox az şey bilirik. Bir neçə araşdırma yoluxucu əsnəməyi empatiya ilə əlaqələndirib. Bununla belə, bu əlaqəni dəstəkləyən dəlillər qarışıq və uyğunsuz olub. Bu tapıntılar yoluxucu əsnəməyin əslində empatiya ilə əlaqəli olmadığının sübutu ola bilər.


Избранный
15
sherg.az

1Источники