RU

"Qarabağ" daha bir futbolçusuyla yolları ayırır? - rəsmi açıqlama

"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Belqrad" klubunda baxışda olduğunu açıqlayıb.

"Qarabağ"ın icazəsi ilə baxışa yollanan 18 yaşlı Sadiqi bəyənən serblər ona yayadək U-19-da çıxış etməyi, ardından əsas komandada rəqabət aparmağı təklif ediblər.

Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib:

"Sadiq klubun icazəsi ilə baxışda olub. Sözügedən klub onu bəyənib. Transferdən danışsaq, bu, yayda baş verə bilər. Hazırda transfer pəncərəsi bağlıdı".
Избранный
20
6
football-plus.az

10Источники