RU

Arıqlamaq üçün dərman qəbul etdikdən sonra…

Danimarkanın “Novo Nordisk” şirkətinin istehsal etdiyi  “Ozempic” və ABŞ-ın “Eli Lilly” əczaçılıq şirkətinin istehsalı olan” Mounjaro” da daxil olmaqla, şəkərli diabet və arıqlama dərmanlarının qəbulu nəticəsində Britaniyada 80-dən çox insan həyatını itirib.

Bu barədə “The Sun” Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyinə (MHRA) istinadən xəbər verir. Agentliyin baş mütəxəssisi doktor Alison Keyv qeyd edib ki, arıqladan dərmanlardan istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.

“Keçən il məlum olub ki, 58 yaşlı şotlandiyalı tibb bacısı Susan Makqouan iki həftə ərzində aşağı dozada “Muncaro” iynəsi qəbul etdikdən sonra dünyasını dəyişib”, – qəzet yazır.

İstintaq müəyyən edib ki, 400-ə yaxın insan dərman qəbulu nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzet yazır ki, yan təsirlərə ürəkbulanma, qusma və ishal daxildir ki, bu da birlikdə ağır susuzluğa səbəb olur.

Həmin dərman özü insan orqanizminə toxluq hissi verir, bədəni piyləri yandırmağa məcbur edir. “Hazırda yarım milyondan çox britaniyalı belə preparatlardan istifadə edir”, - “The Sun” yazıb.

Nubar Süleymanova, “İki sahil”

Избранный
41
ikisahil.az

1Источники