RU

La Liqa: “Sevilya” “Malyorka” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Sevilya” doğma meydanda “Malyorka” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, La Liqanın geridə qalmış 25 turundan sonra 54 xala malik “Barselona” vahid liderdir. Madrid “Real”ı da bir o qədər xal toplamasına rəğmən, ikinci pillədə qərarlaşıb. Madridin digər təmsilçisi “Atletiko” 53, Bilbao “Atletik”i 48, “Vilyarreal” 44, “Rayo Valyekano”, “Betis” və “Malyorka” 35, “Real Sosyedad” 34, “Selta”, “Sevilya” və “Osasuna” 32 xal toplayıblar.

İspaniya, La Liqa
25-ci tur
21 fevral

Selta – Osasuna 1:0
Qol: Aspas, 69-pen.

22 fevral

Alaves – Espanyol 0:1
Qol: Kalero, 86.

Rayo Valyekano – Vilyarreal 0:1
Qol: A.Peres, 66.

Valensiya – Atletiko 0:3
Qollar: X.Alvares, 12; 30. Korrea, 86.

Las Palmas – Barselona 0:2
Qollar: Olmo, 62. F.Torres, 90+5.

23 fevral

Atletik – Valyadolid 7:1
Qollar: Jaureqizar, 10. N.Uilyams, 35; 66. Sannadi, 43. Sanset, 45+2. Quruseta, 69. İ.Uilyams, 87 – Silla, 47.

Real – Jirona 2:0
Qollar: Modriç, 41. Vinisius, 83.

Xetafe – Betis 1:2
Qollar: Mayoral, 82 – İsko, 18; 77-pen.

Real Sosyedad – Leqanes 3:0
Qollar: Zaxaryan, 12. Kubo, 48. Olasaqasti, 80.

24 fevral

Sevilya – Malyorka 1:1
Qol: Salas, 45+2 – Valyent, 90+1.

Избранный
149
13
arena.az

10Источники