RU

Qonşuda bayraqlar yarıya endirildi

Bu gün Gürcüstanda sovet işğalının 104-cü ildönümü tamam olur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament, ölkə üzrə bütün dövlət qurumlarının və xaricdəki diplomatik nümayəndəliklərin binalarında bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tiflisə daxil olub və Gürcüstan Demokratik Respublikası devrilib. Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan edilib.

Избранный
33
37
axar.az

10Источники