RU

Tovuzda qəzaya düşən avtomobil yanıb, xəsarət alan var - Foto

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq körpünün kənarında olan betona çırpılıb. Bundan sonra avtomobildə yanğın olub.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürlüb. Yanıq xəsarətləri alan sürücü - Qovlar sakini 2004-cü il təvəllüdlü Rəvan Əlləzov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Qeyd olunub ki, Tovuz rayonunun Əlimərdanlı kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Poliqon.info

Избранный
96
5
poliqon.info

10Источники