Rusiyanın Xarici işlər naziri Lavrov bu gün, fevralın 25-də İrana səfər edəcək.
Publika.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə görüşəcək.
Tərəflər qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsini, enerji və nəqliyyat sahələrində birgə layihələri və ikitərəfli gündəliyin digər məsələlərini müzakirə etməyi, həmçinin Suriya, Transqafqaz, Əfqanıstan, Yəmən və Fars körfəzi regionunda vəziyyət kimi bəzi beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmağı planlaşdırırlar.
Nazirlərin müzakirə edəcəyi digər mövzu İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət olacaq.