RU

ABŞ-da böhran böyüyür: razılaşma əldə edilib, Türkiyə yeganə həll yoludur

Quş qripi epidemiyası səbəbiylə yumurta tədarükünün azaldığı və qiymətlərin rekord həddə yüksəldiyi ABŞ üçün Türkiyə həll yolu olacaq.

Publika.az xəbər verir ki, bu barədə “CNN International” məlumat yayıb.

Bildirilib ki, ABŞ-da böhranın böyüməsi səbəbindən hətta evlərinə toyuq alanlar da var.

Türkiyə Yumurta İstehsalçıları Mərkəzinin məlumatına görə, Ankara bu il ABŞ-a 420 milyon yumurta ixrac etməyi planlaşdırır. Bu, Türkiyədən ABŞ-a bu günə qədər edilən rekord sayda yumurta ixracı deməkdir.

Əmək Statistikaları Bürosunun məlumatına görə isə, keçən ay ABŞ-da içində 12 böyük yumurta olan bir karton qutu orta hesabla 4,95 dollara satılıb. Digər tərəfdən, bir qutudan çox yumurta almaq istəyənlərdən əlavə ödəniş tələb edən marketlər də var. Amerikanın yumurta idxal etdiyi yeganə ölkə də Türkiyədir.

Избранный
16
publika.az

1Источники