RU

İstanbul Sənayeci və Sərmayəci İş İnsanları Dərnəyində (İSİYAD) Xocalı soyqırımı şəhidləri anılıb

25 fevral 2025-ci il tarixində İstanbul Gelişim Universitetinin ev sahibliyi və İSİYAD təşkilatçılığı ilə Körfəz və Ərəb ölkələrinin iş insanları ilə tanınmış Türk ticari marka sahiblərinin iştirakıyla BEYNƏLXALQ TÜRK FRANCHİSİNG VƏ TİCARƏT AJANSLARI Konfransı və Sərgisi (İFEFA) keçirilib.

Gelişim Universitetinin Mütevelli Heyəti başqanı Abdülkadir Gayretli giriş nitqi ilə konfransı açıq elan etdib.

Konfransda, İSİYAD sədri Camal ÇOBAN dərnəyin fəaliyyəti, Türkiyənin iqtisadi gücünün günü gündən artan templə inkişafı və dərnəyin xarici ölkələrdə ticari əlaqələri barədə geniş məlumat verib. Hörmətli sədr, daha sonra yerli və xarici ölkələrin iş adamlarının diqqətinə 33 il əvvəl baş vermiş Xocalı Soyqırımı hadisələrinin dəhşətli anlarını çatdırıb. Xocalı Soyqırımı qurbanlarının ruhuna Allahdan rəhmət diləyib.

Toplantıda iştirak edən Avropa İqtisadi Senatoru və İSIYAD Ali Məsləhətləşmə İdarə heyəti üzvü İraj ALİPOR Xocalı soyqırımını Dünyanın utanç verici və dəhşətli hadisəsi adlandırıb.

Konfransın protokol siyahısında yer alan həmyerlimiz Qarabağ Müharibəsi Qazisi, Türk DEGS Qafqaz üzrə eksperti ehtiyyatda olan polkovnik Akif QASIMOV Azərbaycanın coğrafi strateji mövqeyi, İqtisadi İpək yolu və Cənub Şimal iqtisadi koridoru barədə dolğun məlumat verib.
Daha sonra qazimiz Beynəlxalq səviyyəli İFEFA kimi mötəbər bir tədbirin proqramına Xocalı Soyqırımının daxil edilməsinə görə İSİYAD sədri Camal ÇOBAN bəyə xüsusi minnətdarıq edib. Və Xocalı soyqırımının törədilməsinin əsas məqamlarını açıqlayıb və Ali Baş Komandan İlham ƏLİYEVİN komandanlığı altında DƏMİR YUMRUQ ƏMƏLİYYATI ilə Xocalının qisasının alındığını bildirib.

Beynəlxalq konfransda xarici və yerli iş adamları, ziyalılar, Universitetinin professor-müəllim heyəti və media nümayəndələri iştirak ediblər.

Fuad Hüseynzadə

Избранный
521
azerforum.com

1Источники