RU

Ançelotti “Real Sosyedad”la oyundan gözləntisini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun yarımfinalında “Real Sosyedad”la ilk – səfər oyundan gözləntisini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Real Sosyedad”a qarşı oynamaq həmişə çətin olub. Bu, hamı üçün vacib yarımfinaldır. Bu, çox gərgin və maraqlı ilk oyun olacaq. “Real Sosyedad” yaxşı oynayır”, deyə Ançelotti vurğulayıb.

İtalyan mütəxəssis dişini çəkdirməsinə rəğmən, “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin də bu oyunda meydana çıxacağını təsdiqləyib:

“Kilian komandamızla birlikdə səfərə yollanacaq və ixtiyarımızda əlçatan olacaq”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano baş məşqçi Karlo Ançelottidən sitat gətirir.

“Real Sosyedad” – “Real” oyunu bu gün, fevralın 26-da baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:30-da (27 fevral) başladacaq.

Избранный
29
27
arena.az

10Источники