RU

Zelenski: ABŞ-la qiymətli metallar sazişi sülhün təminatı olacaq


Ukrayna lideri Zelenski ABŞ-la imzalanacaq qiymətli metallar sazişinin nazirlər səviyyəsində olacağını açıqlayıb. Zelenski cümə günü Trampla ABŞ-da görüşəcəyini deyib.

Sherg.az xəbər verir ki, Ukrayna prezidenti Volodymyr Zelenskyy deyib ki, ABŞ-la ilk mineral sövdələşmənin uğuru prezident Donald Trampdan asılı olacaq.

Zelenski  jurnalistlərə bildirib ki, bu, ABŞ-la uzunmüddətli və ədalətli sülhü təmin etmək üçün Ukraynaya təhlükəsizlik zəmanəti verə biləcək daha geniş razılaşmaların bir hissəsidir.

O qeyd edib ki, saziş nazirlər səviyyəsində imzalanacaq və parlamentdə təsdiqlənməsinə ehtiyac qalmayacaq.

Zelenski bu razılaşmanın daha geniş razılaşma üçün çərçivə olduğunu deyib. O, cümə günü ABŞ prezidenti Donald Trampla görüşməyə ümid etdiyini bildirib.

Ukrayna lideri onu da bildirib ki, faydalı qazıntılar üzrə sazişin mətnində ABŞ-a qaytarılacaq borc yoxdur.
Избранный
192
14
sherg.az

10Источники