RU

Qar "Turan Tovuz"un planın NECƏ POZDU?

“Turan Tovuz” Şamaxıda problemlə üzləşib.

Premyer Liqanın 24-cü turunda “Şamaxı”nın qonağı tovuzlular matçdan sonra daha bir gün adıçəkilən şəhərdə qalmalı olub.

Adətən qonaq komandalar görüşün ardınca geri qayıdır.

“Turan”ın da planı belə olub. Sadəcə yağan güclü qar səbəbindən yollar buz bağlayıb.

Əlverişsiz hava şəraiti üzündən rəhbərlik komandanın daha 1 gün Şamaxıda qalmasına qərar verib.

Yalnız dünən günorta saatlarında Qərb təmsilçisi adıçəkilən bölgədən ayrıla bilib.

Xatırladaq ki, görüş "Turan Tovuz"un qələbəsi ilə bitib - 1:0.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
26
5
sportinfo.az

10Источники