1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İstanbul nəhənglərindən olan "Qalatasaray" mövsüm sonunda gənc futbolçusu Yusuf Demir ilə yollarını ayıracaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, klub rəsmiləri maliyyə məsələsi səbəbindən bəzi futbolçularla yollarını ayıracaqlarını, siyahının başında isə Yusuf Demirin gəldiyini bildiriblər.
Qeyd edək ki, Yusuf Demir bu mövsüm "Qalatasaray" forması ilə 12 oyunda meydana çıxıb, cəmi bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.