RU

Türkiyə Ukraynaya qoşun yeridə bilər

Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

“Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - nəşr yazır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə məsələni müzakirə etdiyi bildirilir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya tərəfi Avropa sülhməramlılarının Ukrayna ərazisinə yerləşdirilməsi variantlarını nəzərdən keçirmir.

Избранный
116
6
publika.az

10Источники