RU

Kalqaridə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 33-cü ildönümü Kanadanın Alberta vilayətinin Kalqari şəhərində də anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki Kalqaridə yaşayan Azərbaycan icması Xocalı faciəsi qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşaraq soyqırımında həlak olmuş dinc insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışçılar bu hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, onun dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Sonda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq lövhənin önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, 2014-cü ildə Kalqarinin “Edworthy” parkında açılışı olan skamyanın üzərində “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri yazılmış memorial lövhə vurulub. Kalqaridə yaşayan Azərbaycan icmasının üzvlərinin soyqırımı qurbanlarına olan ehtiramının və tarixi ədalətin bərpası üçün apardıqları davamlı fəaliyyətin nəticəsində lövhənin orada qalma müddəti daha 10 il artırılıb.

Избранный
215
48
azertag.az

10Источники