RU

Türkiyə Ukraynaya qoşun göndərə bilər?

Türkiyə Ukraynaya silahlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə açıqdır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər göndərməyə hazırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla məsələni müzakirə etdiyi bildirilib.

Lakin rəsmi Ankara Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı danışıqların aparılması iddialarını təkzib edib. Prezident Administrasiyasından bildirilib ki, Türkiyə Ukraynaya sülhməramlı göndərməyə hazır deyil./Oxu.az


Telegram kanalımız
Избранный
81
yenisabah.az

1Источники