RU

Ançelotti: “Real Sosyedad”la cavab matçında da belə oynayacağıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun yarımfinalında “Real Sosyedad”la ilk – səfər oyununu (1:0) şərh edib.

Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Biz oyun dəsti-xəttimizi dəyişdik, amma komanda öz mütəşəkkilliyini və vahidliyini qoruyub-saxladı, özünü əla nümayiş etdirdi. Endrik oyuna əhəmiyyətli töhfə verdi və əla qol vurdu, Arda Gülər isə müdafiədə yaxşı idi. Biz çoxlu məqamlar yaratdıq, amma “Real Sosyedad” da təzyiq göstərirdi. Bu stadionda oyun həmişə çətindir. Bizim tapşırığımız – cavab oyununda da müvafiq səviyyədə çıxış etməkdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, cavab oyunu çərçivəsində “Real” “Real Sosyedad”ı aprel ayının 1-də “Santyaqo Bernabeu”da qəbul edəcək.

Избранный
149
27
arena.az

10Источники