RU

Cənubi Azərbaycan klubu ən yaxın izləyicisinə uduzmadı, liderliyini qorudu

"Traktor" İran çempionatında 21-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinə liderlik edən Təbriz təmsilçisi ikinci yerdəki "Sepahan"la qarşılaşıb.

Matç "Yadegar-e-Emam Stadium"da keçirilib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Hazırda "Traktor"un 45, "Sepahan"ın 44 xalı var. 3-cü pillədə 38 xala malik "Persepolis" qərarlaşır.

Çempionatın son qalibi də məhz "Persepolis"dir.

Избранный
73
3
sportinfo.az

10Источники