Nepalda 5,5 bal gücündə zəlzələ baş verib.
Publika.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.
Vurğulanır ki, zəlzələnin episentri 1,4 milyon nəfərdən çox əhalisi olan paytaxt Katmandudan 65 km şimal-şərqdə, yeraltı təkanların ocağı isə 10 km dərinlikdə yerləşib.
Nepal Milli Seysmoloji Mərkəzi ölkənin bəzi bölgələrində, o cümlədən Sindhupalçok rayonunda, təbiət hadisəsinin 6,1 bal gücündə hiss olunduğunu bildirib.