“Real”ın qapıçı Tibo Kurtua Belçika yığmasına qayıdacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiye “Lequipe” nəşrinə müsahibəsində deyib.
Kurtua 2024-cü ilin avqustundan milliyə çağırılmırdı. O, baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında oynamaq istəmədiyi üçün yığmadan imtina etmişdi.