Buraxılışlar Sarı dənizdə KXDR-in nüvə qarşısının alınması qüvvələrinin sınağı çərçivəsində həyata keçirilib...
Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” Agentliyi məlumat yayıb.
Buraxılışı Şimali Koreyanın lideri Kim Çen In şəxsən müşahidə edib və o, təlimlərin nəticələrindən razı qalıb.
“Nüvə hücumu təhlükəsinin qarşısının alınmasının komponentlərinin etibarlılığını və funksionallığını sınaqdan keçirməyə davam etmək və onun gücünü nümayiş etdirmək özlüyündə müharibənin qarşısını almaq üçün məsuliyyətli bir məşqdir”, deyə Kim Çen In bildirib.
Qeyd edək ki, KXDR 2025-ci ildə ilk raketini yanvarın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Seula səfəri zamanı buraxıb. Raket təxminən 1100 km uçaraq Yapon dənizinə düşüb. Yanvarın 14-də Şimali Koreya eyni dənizə doğru “naməlum raketi” atıb. Yanvarın 27-də Pxenyan sualtı qayıqdan buraxılan qanadlı raketi sınaqdan keçirib.
Poliqon.info