RU

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır - Təqvim

Sabahdan
Sabahdan Azərbaycanda Ramazan ayı başlayır. Modern.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında bildirilib.

Ramazan ayında Qədr (Əhya) gecələrinin hansı tarixlərə təsadüf edəcəyinə də aydınlıq gətirilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayına xüsusi təqvimində qeyd edilib.
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (18 mart) təsadüf edəcək. Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.

İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.

Избранный
140
40
1news.az

10Источники