RU

Ermənistan Prezidenti argentinalı həmkarı ilə Cənubi Qafqazı müzakirə edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Buenos-Ayresdə argentinalı həmkarı Xavyer Miley ilə görüşüb.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin ofisi məlumat yayıb.

Bildirilib ki, tərəflər Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər. 

Qeyd olunub ki, bundan əlavə Xaçaturyan və Miley iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
93
missiya.az

1Источники