“NATO ölkələri Ukraynaya milyardlarla avro yardım hazırlayır”.
Missiya.Az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte özünün “X” sosial media hesabında məlumat yayıb.
O, ABŞ və NATO-nun gücləndiyini, blokun müttəfiqlərinin müdafiəyə investisiyaları artırmaq üçün sürətlə hərəkət etdiyini qeyd edib.
"Ukraynaya gəlincə, müttəfiqlər əlavə milyardlarla yardım və təhlükəsizlik töhfələri hazırlayırlar", - deyə Rutte bildirib.
Daşqın HəsənovMissiya.Az