RU

“Milan”da Kakadan sonra ilk

“Milan”ın futbolçusu Rafael Leao ardıcıl 6-cı mövsümdə A seriyasından 5-dən çox qol vurub.

İdman.biz xəbər verir ki, portuqaliyalı hücumçu cari çempionatda 6-cı topu “Bolonya” ilə matçda rəqib qapısından keçirib.

Leao “Milan”ın heyətində son 16 ildə bunu bacaran ilk futbolçudur. “Rossonyeri”də belə məhsuldar mövsümləri sıralayan sonuncu oyunçu Kaka olub. O, 2003-2009-cu illərdə Milanın eyniadlı təmsilçisində forma geyinib.

Qeyd edək ki, “Milan” “Bolonya”ya 1:2 hesabı ilə uduzub.

İdman.biz

Избранный
75
idman.biz

1Источники