RU

Azərbaycandan Suriyaya göndərilən humanitar yardım Hələbdə paylanılıb - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Suriyaya göndərilən humanitar yardım Hələbdə paylanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı Səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, ötən il dekabrın 30-u Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir. Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan 8 min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 min-40 min arası insan deməkdir.

Azərbaycandan
Azərbaycandan
 
 
Избранный
125
23
hafta.az

10Источники