RU

Kakadan sonra bunu bacaran ilk "Milan"lı oldu

"Milan"ın hücumçusu Rafael Leao ardıcıl 6 mövsümdə klubda 5-dən çox qol vuran ilk futbolçu olub.

Publika.az xəbər verir ki, bu nailiyyət yalnız daxili çempionatdakı statistikaya aiddir. "Rossonerilər"in heyətində bu nəticəni əldə edən sonuncu şəxs braziliyalı əfsanə Kaka Leyte olub. O, 2003-2009-cu illərdə bunu bacarıb.

Həmin vaxtdan bəri heç bir milanlı futbolçu bu uğuru təkrarlaya bilməmişdi.

Qeyd edək ki,Leao A Seriyasının 9-cu turundan təxirə salınmış "Bolonya" ilə görüşdə (1:2) komandasının yeganə qolunu vurub.

Избранный
63
publika.az

1Источники