RU

Ağ Evdən Öcalanın çağırışına reaksiya: Mühüm hadisədir!

PKK lideri Abdullah Öcalanın silahları yerə qoyma çağırışının bölgədə sülhün bərqərar olmasına kömək edəcəyinə ümid edirik.

Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz deyib.

“Mühüm hadisədir. İnanırıq ki, bu, müttəfiqimiz Türkiyənin Suriyanın şimal-şərqində İŞİD-ə qarşı fəaliyyət göstərən ABŞ tərəfdaşlarına münasibətini yumşaltmağa kömək edəcək”, - Hyuz bildirib.

Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və terror təşkilatını buraxmağa çağırıb.

Избранный
66
axar.az

1Источники