RU

Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir neçə yolda təmir işləri aparılır

Bakıda bir neçə yolda təmir işləri aparılır.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində və Yasamal rayonu, Moskva prospektində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır.

NİİM qeyd edilən yollardan metronun “Koroğlu” stansiyası və “Xırdalan” dairəsi istiqamətlərində hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmağı tövsiyə edib.

DOĞRU.AZ

image-ve7jdoaiwksp7aalmeunfsxdiubzp7w3hiy7ttnf_640

Избранный
118
21
dogru.az

10Источники