"Real Madrid"in gənc ulduzu Arda Gülər baş məşqçi Karlo Ançelottinin böyük matçlarda ona vaxt verməməsi və ona güvənməməsi səbəbindən ayrılmaq qərarına gəlib.
Arda Gülər bu mövsüm Real Madrid-də 28 matçda 1051 dəqiqə meydanda olub. Futbolçuya Ançelotti çox çətin matçlarda üstünlük verməsə də, kubok matçlarında oynayıb.
News24.az Relevoda istinadən xəbər verir ki, Arda Gülər Real Madrid-dən icarə əsasında ayrılmaq fikrində deyil.
Milli futbolçu matçlarda kifayət qədər oynamasa, transfer haqqı ilə ayrılmağı düşünür.
Günel Məlikzadə