RU

Trend BİA-nın baş redaktoru informasiya məkanında liderlik və agentliyin 2025-ci ilə dair planlarından danışıb

Bakı. Trend:

Bu il Azərbaycanın ən qocaman müstəqil xəbəragentliklərindən biri olan Trend Beynəlxalq İnformasiya Agentliyi 30 illikyubileyini qeyd edir.

Trend-in başredaktoru Emin Əliyev yubiley ərəfəsində “Day.Az”a verdiyi müsahibədə 2024-cü ildə agentliyin əldə etdiyinailiyyətlərdən və 2025-ci il üçün inkişaf planlarındandanışıb.

"İnformasiya texnologiyaları KİV-in mahiyyətini dəyişib. Beləki, bugünün mediası 30 il əvvəlin mediası ilə eyni deyil. Bütün buillər ərzində Trend müasir tendensiyalarla ayaqlaşmağa çalışır, özfəaliyyətini onları nəzərə alaraq qurur, eyni zamanda öz daxiliişləmlərindən də geniş istifadə edir. Nəticə etibarı ilə 2024-cüildə Trend beynəlxalq reytinq agentlikləri tərəfindən Xəzər dənizivə Mərkəzi Asiya regionu ölkələrinin mediaları arasında dünyanın ənçox istinad edilən informasiya agentliyi elan edilib. Bunailiyyətləri təhlil edərək, biz bu il üçün inkişaf strategiyamızıvə qarşıda duran vəzifələri müəyyən etmişik”, - deyə obildirib.

E.Əliyev agentliyin bu beynəlxalq uğurlarının məhz Azərbaycandayaradılmış şərait hesabına mümkün olduğunu vurğulayıb.

“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanınsəyləri sayəsində ölkəmiz böyük inkişaf yolu keçib. Son onilliklərərzində ölkədə iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinin,mübaliğəsiz, necə dəyişdiyi göz önündədir. Təbii ki, bu sözlərmedia sahəsi üçün də keçərlidir. Bizim sahədə həm KİV-lərin, həm dəjurnalistlərin peşəkar inkişafı üçün əlverişli şərait yaranıb. Məhzbunun sayəsində bizim peşənin nüfuzu də artıb. Nəticədə bugün KİV-əgələcəyə, öz peşələrinə inanan və beynəlxalq arenalarda özhəmkarları ilə bərabər səviyyədə rəqabətə girə biləcək gənc nəslinnümayəndələri gəlir”, - deyə baş redaktor vurğulayıb.

Baş redaktorun sözlərinə görə, 2025-ci ilə olan planlardaagentliyin dərc etdiyi xəbərlərin beynəlxalq əhatə dairəsiningenişləndirilməsi yer alır.

“Xarici bazarlara çıxış strategiyamız sayəsində həm ölkədaxilində, həm də xaricdə daha çox oxucu və abunəçi qazanacağımızainanırıq. Agentliyin artıq əldə olunmuş nəticələrə, o cümlədən ITxidmətinin və jurnalistlərin peşəkarlığına söykənən gələcəkinkişafı, Trend-in Avropanın media bazarlarına bərabərhüquqluiştirakçı olaraq qatılmasına obyektiv imkan yaradır. Sınaqməqsədilə atılmış addımların dinamikası göstərir ki, artıq 2025-ciilin sonuna kimi Trend bir sıra Avropa ölkələrinin media məkanındarəqabətədavamlı agentliyə çevrilə bilər.”, -deyə baş redaktor əlavəedib.

Eyni zamanda, bu ildən etibarən Trend UNEC Tədqiqat Fondununvasitəçiliyi ilə Diasporla iş üzrə Dövlət Komitəsi ilə birgə layihəhəyata keçirməkdədir.

“Bu layihə çərçivəsində müxtəlif ölkələrdə diaspor icmalarıarasında kommunikasiya mərkəzlərinə çevriləcək informasiyaportalları yaradılır. Bu onların yaşadıqları ölkənin cəmiyyətlərinəinteqrasiyasını asanlaşdıracaq, eyni zamanda onlarınməlumatlılığını artırmış olacaq. Belə ki, həmvətənlərimiz ölkəxaricində yaşasalar belə, Azərbaycanın informasiya gündəmi iləəlaqəni itirməməlidirlər”, - deyə E.Əliyev əlavə edib.

Baş redaktor əlavə edib ki, yaradılan layihələr eyni zamandahəmvətənlərimizin peşə və maraqlar əsasında birləşməsinə vəsiləolacaq.

“Onu da qeyd etmək vacibdir ki, yaradılan resurslar özlüyündə buölkələrin tam funksionallı KİV-lərini təmsil edirlər. Xüsusilə dəsosial şəbəkələrin və digər texnologiyaların inkişafına baxmayaraq,məhz ənənəvi KİV-lərin Avropada və ümumiyyətlə dünyada ictimairəyin formalaşmasında əsas rol oynamağa davam etməsi faktını nəzərəalsaq, bu, olduqca mühüm əhəmiyyət kəsb edir” , - E.Əliyev əlavəedib.

“Layihənin həyata keçirilməsinin ilk iki ayı ərzində Avropa vədigər ölkələrdə təxminən 10 informasiya resursu istifadəyə hazırvəziyyətə gətirilib. Onlar Trend beynəlxalq informasiyaagentliyinin xüsusi proqram təminatı əsasında yaradılıb və bu, 500000 avrodan çox vəsaitə qənaət etməyə imkan verib”, - ovurğulayıb.

Baş redaktor xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyevvə Prezident Rəcəb Tayyip Ərdoğanın təsdiqlədiyi birgəAzərbaycan-Türkiyə media platforması təşəbbüsü çərçivəsində, Trendvə DHA agentlikləri artıq Türkiyədə kifayət qədər populyar olan“DHApress.com” layihəsini həyata keçirməkdədir . O əlavə edib ki,auditoriyanın artan tələbatını nəzərə alaraq, resursun yenidənformatlaşdırılması qərara alınıb.

“Bizim IT komandamız DHApress-i Türkiyənin ən böyük mediaportalına çevirəcək. O, informasiya məzmunu ilə yanaşı, foto vəvideomaterialları əldə etməyə imkan verəcək multimediaplatformasını - müasir stok resursunu da özündə birləşdirəcək.Rəqiblərindən fərqli olaraq, bu platforma məhz xəbər məzmununa vəKİV materiallarına yönələcək ki, hazırda bu materiallar yalnızqapalı sistemlərdə satılır. Ümid edirik ki, bu resurs Azərbaycanmultimedia məhsullarının Türkiyədə geniş yayılmasına imkanverəcək”, - deyə Əliyev bildirib.

"Biz innovativ texnologiyalar və süni intellektdən istifadəetməklə müasir iş metodları tətbiq etməyə hədəflənmişik. Ümidedirik ki, KİV üçün yaradılmış şərait, IT komandasının vəjurnalistlərin peşəkarlıq səviyyəsinin artması yaxın illərdə dahaböyük nailiyyətlər əldə etməyimizə imkan verəcək", - baş redaktorəlavə edib.

Избранный
65
2
az.trend.az

3Источники