RU

Google Azərbaycanın mobil nömrələrini tanımır

Son zamanlar “Google” dan qeydiyyatdan keçən zaman Azərbaycan nömrələrinə təsdiq kodu gəlmir.

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, bu problem son aylar baş verməyə başlayıb və istifadəçilərə bir sıra manealər yaradır.

Belə ki, Google platformasında hər hansı bir formada hesab açmaq istəyərkən nömrəyə zəng və ya sms ilə təsdiq kodu göndərilmir. Buna görə də, ölkədaxili operator nömrələri ilə qeydiyyatdan keçmək mümkün olmur.

İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, bu problem mövcud olan və daha əvvəlcədən yaradılan hesablara aid deyil, problem əsasən yeni yaradılan hesablarda baş verir.

Google şirkətindən bu problemlə əlaqədar olaraq heç bir açıqlama verilməsə də hazırda bu platformada hesab açmaq istəyərkən təsdiqi bir neçə həftə gözləməyi tövsiyyə edir. Lakin, bir neçə həftədən sonra bunu təkrar edən zaman da hesaba giriş təsdiqlənmir.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik xidmətlərindən verilən məlumata görə, mövcud problem regional xarakter daşıyır və bununla əlaqədar aidiyyatı qurumlar araşdırmalar aparır.ğ

Həmçinin qurumdan bildirilib ki, bu cür hesabların açılması zamanı elektron poçt ünvanlarından istifadə etməyiniz tövsiyyə olunur.

Müəllif: Türkan_zadə

Избранный
75
heftelik.az

1Источники