BAKI,TurkicWorld
Türkmənistan qazının sabahdan tədarükünə başlanacaq və ilin sonuna qədər gələcək 1,3 milyard kubmetr qazın 1,5 milyon ev təsərrüfatının ehtiyacını ödəyəcək.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar məlumat verib.
O, Türkiyə ilə Türkmənistan arasında 1998-ci ildə başlayan təbii qaz ticarətinə dair danışıqların 27 ildən sonra nəticə verdiyini bildirib.
Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1 mart 2024-cü ildə Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gələn Türkmənistan Xalq Məsləhəti Başçısı Qurbanqulu Berdiməhəmmədov ilə görüşdüyünü xatırladıb.
“Bu görüşdə iki ölkə arasında təbii qaz və neft sahəsində əməkdaşlığı artıracaq razılaşmalar imzalanıb. Türkmənistanın zəngin qaz ehtiyatlarının Türkiyəyə və Türkiyə üzərindən qərbə çatdırılması ilə bağlı niyyət ifadə olunmuşdu. Daha sonra isə BOTAŞ ilə Türkmənqaz arasında Türkmən qazının Türkiyəyə tədarükü mövzusunda razılıq əldə olundu”, – deyə nazir bildirib.
Bayraktar bu prosesdən sonra Türkiyəyə qaz axınının başlaması üçün zəruri texniki və hüquqi infrastrukturun yaradılması istiqamətində intensiv iş aparıldığını qeyd edib.
Nazir Bayraktar, 11 fevralda verdikləri açıqlama ilə BOTAŞ ilə Türkmənqaz arasında enerji sahəsində əməkdaşlığın yeni bir mərhələyə keçdiyini vurğulayıb.
"İki ölkə arasındakı əməkdaşlıq çərçivəsində il sonuna qədər 1,3 milyard kubmetr Türkmən qazının Türkiyəyə nəqli planlaşdırılır. Bu qaz 1,5 milyon evin təbii qaz tələbatını qarşılayacaq. Bundan əlavə, Türkmənistan ilə bu müqaviləni 5 il müddətinə uzadacağıq",- deyə Bayraktar vurğulayıb.
Həmçinin, Türkmənistanın Dövlətabad-Səraxs-Hangiran Təbii Qaz Boru Kəməri vasitəsilə İran üzərindən Türkiyəyə qazın "swap" yolu ilə çatdırılması planlaşdırılır.