Ölkə ərazisində şaxtalı hava şəraiti olacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın minimal temperaturunun Bakıda və Abşeron yarımadasında martın 1-dən 2-nə keçən gecə 5-8, Aran rayonlarında 3-8, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 19-24 dərəcə şaxta olacağı gözlənilir.