RU

Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması işləri sürətlə davam etdirilir- VİDEO

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb. 

Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur. 

Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Həmçinin birinci mərhələ üzrə mövcud dəmir yolunun 50 faizi demontaj olunub, işlər davam etdirilir. 

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin birinci mərhələsində yol geyiminin dayanıqlılığının artırılması üçün geoqriddən (torpaq qatının möhkəmləndirilməsi, torpağın eroziyadan qorunması və su axınının tənzimlənməsi üçün hazırlanan torşəkilli sintetik mühəndislik materialı) istifadə olunur. Geoqridin çəkilməsi xərclərin optimallaşdırılmasına müsbət təsir edir. Bundan başqa, qrunt sularının səviyyəsinin yüksək olması dəmiryol yatağının çökməsinə gətirib çıxara bilər. Bunun qarşısının alınması üçün beynəlxalq təcrübədə geoqriddən istifadə tövsiyə olunur.


Избранный
40
5
news365.az

7Источники