Türkiyə millisinin və "Yuventus"un uğurlu futbolçularından Kənan Yıldız üçün yeni transfer iddiası gəlib.

Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" "Yuventus"un gənc ulduzu Kənan Yıldızı heyətinə qatmaq üçün səylərini sürətləndirib. 

London komandası 18 yaşlı istedadlı futbolçu üçün təxminən 80 milyon avroluq transfer haqqı ödəməyə hazırdır.

Turin təmsilçisinin isə gənc oyunçusunu satmağa hazır olub-olmadığı hələ dəqiq deyil. Yay transfer dövründə Yıldızın gələcəyi ilə bağlı mühüm hadisələrin yaşanacağı gözlənilir.

Qeyd edək ki, bu mövsüm "Yuventus" forması ilə 39 rəsmi matçda 2614 dəqiqə meydanda olan Kənan Yıldız 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Milli futbolçunun İtaliya nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi var.