ABŞ lideri Donald Trampın komandasının üzvü olan sahibkar İlon Mask Cey Di Vensi ABŞ-ın ən yaxşı vitse-prezidenti və Ağ Evin gələcək rəhbəri adlandırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə özünün X səhifəsində yazıb.
"Tarixin ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz", - deyə, Mask yazıb.
Mask sosial şəbəkə istifadəçilərindən birinin Böyük Britaniyanın baş naziri Key Starmer və Vens arasında Böyük Britaniyada söz azadlığı ilə bağlı dialoq mövzusuna dair yazısına müvafiq şərh verib.