RU

Kanadada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirildi

Kanadanın paytaxtı Ottavada və Toronto şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət təşəbbüsü və təşkilatçılığı ilə məlumatlandırma aksiyaları baş tutub.

Publika.az xəbər verir ki, aksiyalar zamanı Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobillər şəhərin mərkəzində, xüsusilə də qanunvericilik binalarının yerləşdiyi küçə və meydanlarda hərəkət ediblər.

Ekranda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlərdə “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Xocalı soyqırımı, 26 fevral 1992”, “Xocalı münaqişənin ən böyük qırğınıdır”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib.

Избранный
39
3
publika.az

4Источники