RU

NATO-nun baş katibi Trampla müzakirə apardı

NATO-nun baş katibi Mark Rutte ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, telefon danışığından sonra Rutte sosial şəbəkədə mesaj yazıb.

Trampla faydalı söhbət etdiyini deyən baş katib bu məlumatları paylaşıb: “ABŞ və NATO güclənir”.

Onun sözlərinə görə, NATO müttəfiqləri müdafiə xərclərini artırmaq üçün sürətlə irəliləyirlər.

Rutte yazıb: “Ukraynada müttəfiqlər milyardlarla dollar əlavə yardım və təhlükəsizlik zəmanəti verməyə hazırlaşır”.

"Cebheinfo.az" 

Избранный
38
3
cebheinfo.az

4Источники