NATO-nun baş katibi Mark Rutte ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, telefon danışığından sonra Rutte sosial şəbəkədə mesaj yazıb.
Trampla faydalı söhbət etdiyini deyən baş katib bu məlumatları paylaşıb: “ABŞ və NATO güclənir”.
Onun sözlərinə görə, NATO müttəfiqləri müdafiə xərclərini artırmaq üçün sürətlə irəliləyirlər.
Rutte yazıb: “Ukraynada müttəfiqlər milyardlarla dollar əlavə yardım və təhlükəsizlik zəmanəti verməyə hazırlaşır”.
"Cebheinfo.az"