BBC Qəzzadə müharibənin uşaqlar üzərindəki təsirini izah edən "Qəzza: Müharibə Bölgəsində Necə Sağ Qalınar" sənədli filmi üçün üzr istəyib.
Bakıvaxtı.az xəbər verir ki, BBC-nin sözçüsü yazılı açıqlamasında "Qəzza: Müharibə Bölgəsində Necə Sağ Qalmaq Olar" sənədli filminin televiziyada yayımlandıqdan dərhal sonra BBC-nin "seç-izlə" platforması olan "iPlayer"-dən çıxarılması ilə bağlı ilkin araşdırmanın başa çatdığını bildirdi.
Sözçü sənədli filmin istehsalında ciddi qüsurların aşkar edildiyini, bunların bir hissəsinin istehsalçı şirkətə, digər hissəsinin isə BBC-yə aid olduğunu qeyd edib.
Bu qüsurların tamamilə qəbuledilməz olduğunu vurğulayan BBC rəsmisi qeyd edib:
"BBC News olaraq, bu nöqsanlara və qurumun imicinə vurulan zərərə görə tam məsuliyyəti öz üzərimizə götürürük. Bunun üçün səmimi şəkildə üzr istəyirik".
O, həmçinin sənədli filmin BBC-yə olan ictimai etimada xələl gətirdiyini qeyd edib.
Əli Hüseynov