RU

Joze Mourinyo diskvalifikasiya edildi

Tanınmış portuqaliyalı baş məşqçi Joze Mourinyo qarşıdakı oyunlarda “Fənərbağça”ya rəhbərlik edə bilməyəcək.

Türkiyə nəhənginin çalışdırıcısı “Qalatasaray” və ehtiyat hakimin ünvanına səsləndirdiyi qalmaqallı açıqlamalara görə 4 oyunluq diskvalifikasiya alıb.

Görüşdən sonra o, rəqib komandanın ehtiyat və məşqçi heyətinin “meymun kimi tullandığını” bildirib. Qalatasaray təmsilçiləri bunu irqçilik kimi qiymətləndirərək məhkəməyə, FİFA və UEFA-ya müraciət edəcəklərini bildiriblər.
Mourinyo onu da açıqlayıb ki, görüşdən sonra ehtiyat hakimə o, meydanda olsaydı, fəlakət baş verəcəkdi.

//Samir Qurbanov, Editor.az

Избранный
39
editor.az

1Источники