RU

Naxçıvanda 57 mindən çox qida məhsulunun etiketində uyğunsuzluq aşkarlanıb

Naxçıvanda Azərbaycan dilində zəruri məlumatların olub-olmaması ilə bağlı 301 qida obyektində monitorinq aparılıb. Nəticədə 57 524 ədəd müxtəlif növ qida məhsulunun etiketində Azərbaycan dilində zəruri məlumatların qeyd olunmadığı aşkarlanıb.

“İki sahil” xəbər verir ki,  bunu 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülmüş işlərin icra vəziyyəti, tətbiq edilən yeniliklər və əldə edilən nəticələr, eləcədə qarşıdakı hədəflərə dair mətbuat konfransında jurnalistlərə açıqlamasında Agentliyin sədri Səfəralı Nəsirov deyib.

O qeyd edib ki, aşkar edilən nöqsanların təsərrüfat subyektləri tərəfindən aradan qaldırılması təmin edilib.

Bundan əlavə, 3 ət emalı müəssisəsində aparılan monitorinq zamanı kolbasa və sosiska məhsullarından 13 nümunə götürülərək laborator müayinələr həyata keçirilib. Müayinələrin nəticələri müsbət olsa da, müəssisələrdə bir sıra nöqsanlar aşkarlanıb və onların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Eyni zamanda, ticarət şəbəkələrində 12 obyektdən broyler toyuq əti məhsullarından 12 nümunə götürülüb, suyun kütlə payı və bəzi keyfiyyət göstəriciləri üzrə analizlər aparılıb. Nəticələrin müsbət olduğu müəyyən edilib.

Избранный
41
ikisahil.az

1Источники