RU

"Samsung"un üç yerə qatlanan "Galaxy" telefonu gecikə bilərmi?

Son vaxtlar "Samsung"un üç yerə qatlanan "Galaxy" telefonu ilə bağlı bir çox şayiələr yayılıb. Lakin yeni məlumatlara görə, cihaz gözləniləndən xeyli gec təqdim oluna bilər.

Valyuta.az xəbər verir ki, analitik Maks Yamborun sözlərinə görə, üçə yerə qatlanan "Galaxy" modeli "Samsung Galaxy Z Flip 7" və "Galaxy Z Fold 7" ilə birlikdə bazara çıxmayacaq. 

Koreyanın texnologiya nəhənginin hər iki qatlanan telefonu bu ilin yay aylarında keçiriləcək "Samsung Galaxy Unpacked" tədbirində təqdim edəcək. Lakin Yamborun məlumatına əsasən, üç yerə qatlanan "Galaxy" modeli bu tədbirdə nümayiş olunmayacaq. O, daha əvvəl yayılan və cihazın məhz bu tədbirdə təqdim ediləcəyini iddia edən şayiələri təkzib edən məlumatları X platformasında paylaşıb.

Bununla belə, Yambor bu iddianı dəstəkləyən konkret sübut və ya əsaslandırma təqdim etməyib. Buna görə də bu məlumatın dəqiqliyi ilə bağlı qəti fikir bildirmək çətindir.

"Samsung" bu ilin ilk "Galaxy Unpacked" tədbirində "Galaxy S25", "Galaxy S25 Plus", "Galaxy S25 Ultra" və "Galaxy S25 Edge" modellərini elan etməzdən əvvəl üç qatlanan cihazın qısa görüntüsünü təqdim etmişdi. Bu səbəbdən, şirkətin eyni üsulla cihazı rəsmi olaraq təqdim etməsi məntiqli görünür.

Lakin hazırda üç qatlanan "Galaxy" modelinin növbəti "Unpacked" tədbirində tanıdılıb-tanıdılmayacağına dair dəqiq məlumat yoxdur. Şayiələrin hansının doğru olduğu yaxın aylarda bəlli olacaq.

Paşa Məmmədli

Избранный
63
valyuta.az

1Источники