RU

Təkcə neft-qaz məhsulları ilə deyil, mədəniyyət nümunələrimizin ixracı ilə də ölkəmizi tanıda bilərik - Bəxtiyar Aslanbəyli

Bakı. Trend:

İxrac etdiyimiz dəyərimiz sadəcə neft-qaz məhsulları deyil, eynizamanda, ixrac edəcək xeyli mədəniyyət nümunələrimiz də var ki,onlarla da biz ölkəmizi hər zaman tanıda bilərik.

Trend xəbərverir ki, bu sözləri bp-nin Xəzər regionunda kommunikasiya vəxarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsiletdiyi şirkətin dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyinətöhfəsi olan iki cildlik kitab təqdimatı zamanı deyib.

O bildirib ki, ədəbiyyat sahəsində bp tərəfindən bu vaxtadək birçox layihələr həyata keçirilib:

"Nəsiminin 600 illik yubileyi ilə bağlı əcnəbi müəllifin ingilisdilində "Azərbaycanın ölməz şairi Nəsimi" əsəri Almaniyada nəşredildi və Avropadakı bütün türkşünaslıq, şərqşünaslıq və İslamtədqiqatları institutlarına paylanıldı.

Daha sonra dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyiilində onun haqqında mühacirətdə yazılmış əsərlərinin toplusu vəeyni zamanda, onun əsərlərinə həsr edilmiş bir sıra miniatürlərtoplusunu nəşr etdirdik.

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi ilə bizim gəncyazarların əsərləri ilə bağlı da bir layihəmiz var. O layihəninilkin mərhələsində 4 gənc yazarımızın, şairimizin, ikincimərhələsində isə 5 gənc yazarımızın əsərləri artıq hazırdır. Martayında onların da təqdimatı həyata keçiriləcək".

B Aslanbəyli vurğulayıb ki, bp-nin ədəbiyyat mövzusuna müraciətetməyi bir ilk, təsadüf deyil:

"Fəaliyyət göstərdiyimiz ölkədə həm də bir Azərbaycan vətəndaşıolaraq ölkəmizin zəngin mədəni irsinin təbliğatı ilə bağlı bir sıradigər layihələri də həyata keçiririk. Ədəbiyyat mövzusu xüsusiləmaraqlı və vacibdir. Çünki ədəbiyyat mədəniyyət və musiqi iləbərabər hər bir xalqın tarixi, genetik kodunu özündə daşıyır. Bizədəbiyyatımızı, musiqimizi nə qədər dərindən bilsək, nə qədər onudoğru-düzgün şəkildə növbəti nəsillərə ötürə bilsək, öz tarixi,genetik yaddaşımızı bir o qədər yeniləşdirmiş və bir o qədərtariximizə, öz milli-mənəvi dəyərlərimizə qayıtmış oluruq".

"İmkanlarımız daxilində bu əsərlərin ölkə hüdudlarından kənarada çatdırılmasına nail olmağa çalışırıq. İxrac etdiyimiz dəyərimizsadəcə neft-qaz məhsulları deyil, eyni zamanda, bizim ixrac edəcəkxeyli mədəniyyət nümunələrimiz də var ki, onlarla da biz ölkəmizihər zaman tanıda bilərik", - deyə B.Aslanbəyli qeyd edib.

Избранный
36
az.trend.az

1Источники