RU

Hindistanda qar uçqunu altında qalan 57 işçidən 41-i hələ də tapılmayıb

Bakı, 28 fevral, AZƏRTAC

Himalay dağlarında yol tikintisi ilə məşğul olan 57 işçisi qar uçqunu altında qalıb.

AZƏRTAC “Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, uçqun altında qalanlardan 16 nəfəri xilas edilib, 41 nəfəri isə hələ də itkin düşmüş sayılır. Yerli polis nümayəndəsinin sözlərinə görə, xilas edilənlərin vəziyyəti ağırdır və onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir. Zərurət yaranarsa, əməliyyata xilasetmə xidmətinin helikopterləri də cəlb olunacaq.

 

Избранный
87
1
azertag.az

4Источники