RU

Hindistanda qar uçqunu nəticəsində onlarla insan itkin düşdü

Hindistanın Uttarxand əyalətində qar uçqunu baş verib. Metbuat.az xəbər verir ki, təbii fəlakət nəticəsində 57 nəfər qarın altında qalıb. Əraziyə cəlb edilən xilasedicilər onlardan 16-nı xilas edib. Digərlərin xilas edilməsi üçün axtarışlar davam edir. “Hindustan Times” xəbər verir ki, qar uçqunu əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar bölgəsinin sərhədinə yaxın ərazidə qar qeydə alınıb. Ərazidə əlverişsiz hava şəraitinin müşahidə olunduğu bildirilir.

Qar uçqununun baş verdiyi əraziyə girişin olmadığı və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyi qeyd edilib. Yerli dairələr qar uçqunu altında qalanların sayının arta biləcəyini istisna etmir.

Избранный
60
metbuat.az

1Источники