RU

Azərbaycanda yeni iş yerləri ən çox bu ərazilərdə açılıb - SİYAHI

Azərbaycanda 2024-cü ildə ümumilikdə 91 min 718 yeni iş yeri açılıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə ən çox iş yeri ( 68 min 965) paytaxt Bakı şəhərində açılıb.

Bakıda açılan iş yerlərinin 14 min 487-si Nərimanov, 10 min 105-i Nəsimi, 8 min 590-ı Xətai, 7 min 906-sı Xətai, 7 min 647-i Yasamal, 7 min 555-i Səbail rayonunda açılıb.

Bakıdan kənar digər ərazilərə baxacaq olsaq, ötən il Abşeron rayonunda 2 min 388,  1797-si Naxçıvan şəhərində, 1 720-i Sumqayıtda açılıb.

İş yerlərinin 1 310-u isə Gəncə şəhərinin payına düşüb. 1 055 yeni iş yeri isə Şirvan rayonunda açılıb.

Ötən il 9 yeni iş yeri Ağdərə və Pirallahı rayonlarında açılıb.

 

Избранный
56
fed.az

1Источники