RU

Ermənistanın çirkləndirdiyi Araz: Hər cavabla mürəkkəbləşən müəmma – İran mediası

Bakı. Trend:

İran mediası bildirir ki, Araz çayının Ermənistan tərəfindəndavamlı şəkildə çirklənməsi sanki ekosistemin çirkləndiyini əksetdirir.

Trend xəbərverir ki, İran mediası Ermənistanın Araz çayını davamlı şəkildəçirkləndirməklə məşğul olduğunu təsdiqləyən faktlar vəaraşdırmalarla bağlı yazı dərc edib.

Yazıda çoxlu sayda dövlət və universitet araşdırmaları,aidiyyəti qurumların rəsmiləri, parlament deputatları vəuniversitet professorlarından açıqlamalar alınıb.

Yazıda bildirilir ki, İranda bir çox dövlət sənədləri vəuniversitet araşdırmaları vardır ki, Araz çayının çirklənməsiprosesi uzun müddətdir davam edir. Bu sənədlər və araşdırmalarminimum 15 ildir Araz çayının davamlı şəkildə ağır metallarlaçirkləndiyini təsdiqləyir. Belə ki, ağır metalların bu çaya davamlışəkildə axıdılması onun ətrafında bitki örtüyünə, florasına vəcanlılarına ciddi şəkildə mənfi təsir göstərir.

Araz çayı, əsasən, Ermənistanın mədənləri və "Metsamor" AtomElektrik Stansiyasından mənşə alan alüminium, mis, manqan, arsen,qurğuşun və vanadium kimi elementlərlə çirkləndirilir. Ötən ildəAraz çayı üzərində Nurduz keçidindən öncə və sonrakı hissələrdəaparılan araşdırma çayın ağır metallarla çirkləndiyinitəsdiqləyir.

Araşdırmaya əsasən, ötən ilin avqust ayında İranın energetikanaziri Abbas Əliabadi bildirib ki, içməli suyu təmin etməkməqsədilə Araz çayı suyunun Təbrizə nəql olunmasını elan etdi. O,həmçinin, Culfa, Hadişəhr, Mərənd, Sufian, Şəbistər şəhərlərinin2,5 milyon əhalisinin bu su ilə təmin olunacağını bildirdi. Bundanöncə isə Şərqi Azərbaycan vilayətinin valisi də Araz çayındanTəbrizə suyun nəql olunmasını “strateji proyekt” adlandırmışdı.Halbuki ötən illərin araşdırmaları Araz çayının ağır metallarlaciddi şəkildə çirkləndiyini əks etdirir. Bu məsələ İran dövlətitərəfindən təsdiqlənir. Lakin Araz çayını çirkləndirən tərəf olanErmənistan bu problemin aradan qaldırılması istiqamətində addımatmır.

Araşdırmalar göstərir ki, İran tərəfində Cananlı kəndi ətrafındaAraz çayının suyunda 59 metal və çayın çöküntüsündə 61 metalmüəyyənləşdirilib. Müəyyənləşdirilən metallar Ermənistanın Aqarakmis və molibden mədənindən axıdılan metallara uyğundur. Alüminiumunqatılığı ölkənin standartı, ətraf mühit və səhiyyə ölçüsündənartıqdır. Manqanın qatılığı İranın standartlarından yuxarıdır.Çayın suyunda qurğuşunun yuxarı olması içmək və balıqlar üçüntəhlükələr yarada bilər.

Araşdırmada deyilir ki, "Metsamor" AES-in Araz çayınıçirkləndirməsi ilə regionda mədə xərçəngi kimi xəstəliklər artıb.Bu, xüsusilə Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərini əhatəedib. Əhalisinin sayına görə ölkə əyalətləri içərisində 22-ci yeritutan Ərdəbil mədə-bağırsaq xərçənginə tutulma baxımından birinciyerdədir.

Araşdırmada vurğulanır ki, 2023-cü ilin noyabrında İranlaErmənistan arasında qarşıdakı bir il ərzində Arazın çirklənməsiniaradan qaldırmaq barədə razılıq əldə edilsə də, konkret nəticəyoxdur, çirklənmənin səbəbkarı olan Ermənistan tərəfdən hər hansıciddi addımlar atılmır.

Qeyd edək ki, İran və Azərbaycan mediasında Araz çayınınErmənistan tərəfindən davamlı şəkildə çirkləndirilməsi ilə əlaqədaryazılar və məqalələr dərc olunur.

Избранный
53
1
az.trend.az

2Источники