RU

Azərbaycan bankları daxili ipoteka kreditlərində azalma olacağını proqnozlaşdırır – AMB

Bakı. Trend:

Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləriüzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipotekakreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinədair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, ötən rübdən fərqli olaraq, 2024-cü ilin IVrübündə cəmi ipoteka kreditlərinə tələb artıb. Respondentlərincavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipotekakreditləri üzrə müşahidə olunub. Banklar 2024-cü ilin IV rübündəMənzil İnşaatı Dövlət Agentliyi tərəfindən regiondakı layihələrüzrə evlərin kütləvi satışa çıxarılmasını tələbin artmasına təsirgöstərən faktor kimi qeyd edib.

Ötən ilin IV rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləriüzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxiliresurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. Daxiliipoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərinmaya dəyərinin artımı formasında olub. İKZF hesabına verilənipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib.Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm dədaxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklikolmayacağını gözləyirlər.

Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləriüzrə kredit standartlarına bankların kapital mövqeyi vəmaliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktorlarolub.

Bütövlükdə, sorğu nəticələrinə əsasən bankların ipoteka portfeliüzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.

Избранный
41
az.trend.az

1Источники